sa sa 1386
MBBİ-nin əməkdaşları "A-dan Z-yə Scopus" Təlim Seriyasında iştirak ediblər + Foto Okt 02, 2023 | 10:50 / Mühüm hadisələr

MBBİ-nin Bitki Biotexnologiyası laboratoriyasının əməkdaşları Aygün Sadıqova və Günay İsmayılova 19-22 Sentyabr tarixlərində “A-dan Z-yə Scopus" Təlim Seriyasında iştirak ediblər.Təlimin məqsədi Scopus məlumatlarına əsaslanan xidmətlər və alətlərdən istifadə etməklə tədqiqatları daha yüksək səviyyəyə çatdırmaq, ən perspektivli tədqiqat tendensiyalarını müəyyən etmək, qabaqcıl qrant/dəstək analizini həyata keçirmək və onları tədqiqat məqsədlərinə uyğunlaşdırmaq üçün Elsevier-in güclü tədqiqat təhlili vasitəsi olan SciVal-ın imkanlarını araşdırmaqdan ibarət olub. Təlimdə həmçinin tədqiqatın düzgün auditoriyaya çatmasını təmin etmək üçün jurnal seçərkən nəzərə alınmalı olan əsas amillərdən, aşağı keyfiyyətli jurnalları müəyyən etmək yollarından bəhs edilib.