sa sa 1445
MBBİ-də Elmi Şuranın növbəti iclası keçirilib + Foto Noy 07, 2023 | 09:41 / Mühüm hadisələr

Noyabrın 6-da AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib. Əvvəlcə 2023-ci tədris ilində doktoranturaya və dissertanturaya daxil olan doktorant və dissertantların dissertasiya mövzuları müzakirə olunaraq onlara elmi rəhbərlərin təyin olunması məsələsinə baxılıb. Sonra Xloroplastların fotokimyası, Hüceyrənin membran sistemləri və Fotobioenergetika laboratoriyalarının illik hesabatları dinlənilib. Laboratoriya müdirləri - AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Səftər Süleymanov və Yaşar Feyziyev cari ildə aparılmış elmi tədqiqatlar, əldə olunan nəticələr, çap olunmuş elmi əsərlər, yerli və beynəlxalq tədbirlərdə iştirak və kadr hazırlığı haqqında şura üzvlərinə ətraflı məlumat veriblər. İclasada həmçinin Veteranlar Şurasının sədri AMEA-nın müxbir üzvü İbrahim Əzizov şuranın 2023-cü ildəki fəaliyyətindən bəhs edib.

Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təkliflər verilib və laboratoriyaların fəaliyyətləri qənaətbəxş hesab edilərək hesabatlar qəbul edilib.