sa sa 1342
MBBİ-də 2023-cü il üçün illik hesabatların müzakirəsi davam edir + Foto Noy 13, 2023 | 12:45 / Mühüm hadisələr

 İnstitutun Elmi Şurasının noyabrın 13-də keçirilən növbəti iclasında Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası və Genomun quruluşu və ekspressiyası laboratoriyalarının 2023-cü il üçün yekun hesabatları dinlənilib. Məruzəçilər AMEA-nın müxbir üzvü Novruz Quluyev, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Zərifə Süleymanova və Səadət Xudaverdiyeva illik iş planında nəzərdə tutulan işlərin icrası, əldə edilən nəticələr əsasında nəşr olunan məqalələr, ezamiyyətlər, tədbirlərdə iştirak və kadr hazırlığı haqqında şura üzvlərinə ətraflı məlumat veriblər.  Şura üzvlərinin görülən işlər haqqında rəyləri dinlənildikdən sonra laboratoriyaların fəaliyyətləri qənaətbəxş hesab edilərək hesabatlar qəbul edilib.