sa sa 2423
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda illik hesabatlar davam edir + Foto Noy 22, 2023 | 15:52 / Mühüm hadisələr

Noyabrın 22-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış etdikdən sonra Populyasiya genomiksi və Bioadaptasiya laboratoriyalarının 2023-cü il üçün yekun hesabatları dinlənilib. Məruzəçilər biologiya üzrə elmlər doktoru Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Nurməmməd Müstafayev, Samirə Rüstəmova və Səmra Mirzəyeva laboratoriyalarda aparılan elmi tədqiqat işlərinin əsas nəticələrini şura üzvlərinin diqqətinə çatdırıblar. Onlar laboratoriya əməkdaşlarının xarici və yerli jurnallarda çap olunan məqalələri, elmi ezmiyyələr, iştirak etdikləri konfranslardan və kadr hazırlığından bəhs ediblər. İclasda həmçinin Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova, Gənc alimlər və mütəxəssislər şurasının sədri Nərgiz Bayramova və MBBİ-nin Həmkarlar Təşkilatının sədri Səadət Xudaverdiyeva cari ildə görülən işlər barədə məlumat veriblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Dinlənilən hesabatlar qənaətbəxş hesab edilərək qəbul edilib.