sa sa 3728
MBBİ-nin əməkdaşı Almaniyada elmi ezamiyyədə olub + Foto Dek 04, 2023 | 09:58 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının  aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova   20.11.2023 - 24.11.2023-cü il tarixlərində Almaniyanın Braunşvayq şəhərində yerləşən Julius Kühn-Institutunda və Leibniz Institut DSMZ - Deutsche Sammlung von Mikroorganismen und Zellkulturen tədqiqat mərkəzində ezamiyyətdə olub. Elmi ezamiyyənin əsas məqsədi bitkilərdə virus infeksiyalarını öyrənmək, virus genomlarını toplamaq və bitkilərin transkriptom cavablarını qiymətləndirmək üçün Advanced NextGen sekvens texnologiyalarının tətbiqi olmuşdur. Fitopatogenlərin molekulyar intraspesifik müxtəlifliyinin metagenom analizi üçün istifadə olunan HTS (High-throughput sequencing) DSMZ Bitki Virusları şöbəsində əsas metodologiya kimi işlənib hazırlanmışdır. Pipeline NextSeq (2X150 bp) istifadə etməklə NGS analizlərinin nəticələrinin zoom platforması üzərindən müzakirə edilməsi və tədqiqatların növbəti mərhələlərinin müəyyən edilməsi planlaşdırılıb.