sa sa 2843
İnstitutun aparıcı elmi işçisi Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetində elmi ezamiyyətdə olub + Foto Yan 07, 2024 | 12:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Rüstəmova 14.12.2023-24.12.2023 tarixlərində Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin Bitkilərin Seleksiyası (Plant Breeding) Departamentində elmi ezamiyyətdə olub. Ezamiyyənin əsas məqsədi 35k array metodu ilə genotipləmə aparılmış 188 buğda genotipi üçün iki il müddətində sahə şəraitində əldə edilmiş fenotipləmə nəticələrinin müqayisəli çarpaz analiz edilərək GWAS – bütöv genom üzrə assosiasiyaların tədqiqi analizinin aparılması olmuşdur. Samirə Rüstəmova dəmyə şəraitində becərilmiş buğda genortiplərinin rəqəmsal fenotipləmə nəticəsi olan 25 vegetasiya indeksi, o cümlədədn, bitkilərin flaq yarpaq parametrləri, bitki boyu, nisbi su tutumu və su defisiti kimi parametrləri üçün spesifik olan tək nukleotid polimorfizmləri (SNP) aşkar etmək məqsədilə 35000 SNP-nin hər biri ilə genetik ilişiklikliyii yoxlamış və spesifik SNP-lər aşkar etmişdir. Əldə olunan nəticələr əsasında QTL xəritələrin qurulması nəzərdə tutulmuşdur.