“Müasir virusologiya; Bitki virusları təhlükəli fitopatogenlər kimi” mövzusunda seminar keçirilmişdir. + Foto
Mart 05, 2019 | 12:38 / Seminarlar
5 mart 2019-cu il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda institutun kiçik elmi işçisi Bayramova Nərgiz “Müasir virusologiya; Bitki virusları təhlükəli fitopatogenlər kimi” mövzusunda çıxış etmişdir. N.Bayramova virusologiyanın inkişaf tarixi, virusologiya üzrə təsis olunmuş Nobel mükafatları, bitki-patogen qarşılıqlı əlaqələrin mexanizmləri və bitkinin virusa qarşı müdafiə mexanizmləri haqqında danışmışdır. O, həmçinin üzüm bitkisi nümunəsi üzərində fitopatogen virusları, onların yayılma arealları və s.haqqında da məlumat verdi. Çıxışın sonunda məruzəçi sualları cavablandırdı.