sa sa 2462
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı dosent elmi adına layiq görülüb + Foto Yan 12, 2024 | 09:04 / Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, b.ü.f.d. Mayaxanım Xanışovaya “2411.02-Bitki Fiziologiyası” ixtisası üzrə dosent elmi adı verilib.

Mayaxanım Xanışova 2012-ci ildə “Bəzi bərk və yumşaq buğda nümunələrinin şoranlığa davamlılığının fizioloji və genetik xüsusiyyətləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Alim 50-dən çox məqlənin, o cümlədən, Web of Science bazasında indeksləşən impakt faktorlu jurnallarda nəşr olunan 4 məqalənin müəllifidir.

Dosent Mayaxanım Xanışova hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmlər doktoru hazırlığı üzrə doktoranturada təhsilini davam etdirir.