sa sa 2637
Azərbaycanlı alim xüsusi mükafata layiq görülüb Yan 15, 2024 | 10:00 / Nəşrlər

Azərbaycan qəzetinin 2023-cü il 29 dekabr tarixli nömrəsində “Azərbaycanlı alim xüsusi mükafata layiq görülüb” başlığı altında məlumat dərc olunub. Məlumatda deyilir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya sahəsi üzrə xüsusi mükafatına bu il AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş dirktoru, akademik, biologiya elmləri doktoru, professor İradə Hüseynova layiq görülüb. Bu barədə qərar 2023-cü il noyabrın 9-da İƏT-in Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı zirvə toplantısında qəbul edilib. Mükafatın qalibləri Özbəkistanın prezidenti Şavkat Mirziyoyev tərəfindən elan olunub.  Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının müxtəlif sahələr üzrə təsis etdiyi mükafatlar hər nominasiya üzrə Təşkilata üzv ölkələrdən təqdim edilmiş namizədlər sırasından seçilmiş bir nəfərə verilir.

azerbaijan-news.az