sa sa 1949
Gülnar Abdullayeva: Prezident mükafatına layiq görüldüyüm üçün böyük qürur hissi duyuram + Foto Fev 06, 2024 | 10:54 / Mühüm hadisələr

Bu gün Gənclər Günüdür. Bütün həmyaşıdlarımı təbrik edirəm. Lənkəran şəhəri “Gənclər Paytaxtı” elan olunub. Bu, cənub bölgəsində yaşayan gənclərin özünü ifadə etmək üçün böyük fürsətdir.

Bu sözləri Lənkəranda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında İngiltərənin Oksford Universitetində onkologiya üzrə doktorantura təhsili alan yeganə azərbaycanlı tələbə, Prezident mükafatına layiq görülən Gülnar Abdullayeva bildirib.

“Gənclər üçün Prezident mükafatına layiq görüldüyüm üçün böyük qürur hissi duyuram. Mən bütün gənclərə əzmkar olmalarını, vaxtlarını səmərəli keçirmələrini, Azərbaycanı təmsil edərək elmimizə töhfə vermələrini arzulayıram”, - deyə o əlavə edib.