sa sa 1879
MBBİ-nin əməkdaşı Fransada beynəlxalq konqresdə iştirak edib + Foto Fev 06, 2024 | 15:07 / Mühüm hadisələr

MBBİ-nin Populyasiya Genomiksi Laboratoriyasının böyük elmi işçisi Fidan Hüseynova 2024-ci ilin 22-24 yanvar tarixində Fransa Kök Hüceyrələri Tədqiqatları Cəmiyyətinin (FSSCR) təşkil etdiyi  ‘’6th Annual Meeting of FSSCR’’ adlı beynəlxalq konqresdə iştirak etmişdir. O, Regenerativ tibb seksiyasında  ‘’Can CH3-M6P be a new candidate for tissue regeneration‘’ adlı tədqiqat işini təqdim etmişdir. Konqres ildə bir dəfə baş tutur və məqsəd bu sahədə olan ən son yenilikləri paylaşmaq, müzakirələr aparmaq və bu sahədə ən vacib tədqiqat istiqamətlərini ictimaiyyətə çatdırmaq məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, bu təşkilat kök hüceyrə tədqiqatları sahəsində dünyanın aparıcı cəmiyyətlərindən biridir. Ümumilikdə 20-dən çox ölkədən 350-dən çox iştirakçı qatılan,  3 gün davam edən və 8 seksiyadan ibarət olan konqresdə Pasteur, İmagine de Paris, İnstitut Curie, Harvard, Kembric, Monpelye, Kopenhagen, MaksPlank, Lozan kimi nüfuzlu universitetlərdən dünyanın ən məşhur və hərəsi öz tədqiqat istiqaməti üzrə lider olan alimləri gördükləri ən  yeni işləri elmi ictimaiyyətə məruzə ediblər. Əksər qrup  tədqiqatçılar, eləcə də gənc Ph.D və postdoctoral tədqiqatçılar isə  poster sessiyalarında  öz elmi işlərini təqdim ediblər. Tədbirdə müxtəlif məşhur şirkətlərin nümayəndələri satışa çıxardıqları və bu sahədə istifadə edilə bilən ən son texnologiyaları, onların iş prinsiplərini və tətbiq sahələrini həm oral prezentasiya ilə həm də 3 gün müddətində foedə təşkil olunmuş sərgidə canlı şəkildə həmin avadanlıqları nümayiş etdirməklə ətraflı izah etmişlər.  Təşkil olunmuş ‘’Editorlarla Görüş’’ adlı dəyirmi masada tədqiqatçılar 3 məşhur jurnalın (Development / Cie of Biologists, Embo Reports jurnalı və Nature Cell Biology jurnalı) editorları ilə müzakirə imkanı əldə etmişlər. Bundan əlavə müxtəlif maliyələşdirici təşkilatlar çıxış edərək kök hüceyrə/ regenerativ tibb sahəsində konkret istiqamətlərdə tədqiqat üçün maliyyə imkanları barədə məlumat vermiş və müraciət qaydalarını izah etmişlər.