sa sa 1728
MBBİ-də növbəti elmi seminar keçirilib + Foto Fev 23, 2024 | 14:36 / Seminarlar

Fevralın 23-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçirilib. Seminarda Neyrobiologiya üzrə fəlsəfə doktoru Əminə Cavadova "Neyron giriş-çıxış funksiyasının hüceyrə modulyasiyası" mövzusunda çıxış edib. Bakı Dövlət Universitetinin məzunu olan həmyerlimiz fəlsəfə doktoru işini Hannover Baytarlıq Tibb Universitetində yerinə yetirib. Məruzəçi sinir sistemində sinir fəaliyyətinin fizioloji və kimyəvi tənzimlənməsi, neyromodulyasiyanın sinir dövrələrinin uyğunlaşmasına təsiri, postsinaptik həyəcan və inhibirləşmə, qısamüddətli plastikliyin presinaptik və postsinaptik mexanizmləri haqqında geniş məlumat verib. Məruzə ətrafında müzakirələr aparılıb. Ə.Cavadova seminar iştirakçılarının verdiyi sualları ətraflı cavablandırıb.