sa sa 2835
Elmi şuranın növbəti iclası keçirilib + Foto Mart 15, 2024 | 16:00 / Konfranslar, iclaslar

Martın 15-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Təhsil şöbəsinin müdiri b.ü.f.d., dos. Samirə Rüstəmova institutun elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiyasının nəticələri haqqında şura üzvlərinə məlumat verib. Molekulyar biomühəndislik labotaroriyasının kiçik elmi işçisi, Fransanın Monpelye Universitetinin Molekulyar biotexnologiya ixtisasında doktorantı Aytac Mürşüdzadənin ezamiyyə müddətinin uzadlması, Proteomiks beynəlxalq laboratoriyasının müdiri vəzifəsinin müvəqqəti olaraq b.ü.f.d. Aynurə Paşayevaya həvalə olunması, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2024-cü il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu ilə bağlı elanla əlaqədar institutdan başda Akademik İradə Hüseynova olmaqla biologiya elmləri doktorları Atabəy Cahangirov, Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Durna Əliyeva və Samirə Rüstəmovanın həmmüəllif olduqları quraqlığa davamlılıqla bağlı elmi əsərlərin təqdim edilməsi haqqında müzakirələr aparılıb və digər cari məsələlərə baxılıb.