sa sa 426
Molekulyar biologiya üzrə dissertasiya işi Elmi seminarda müzakirə olunub + Foto Apr 19, 2024 | 16:10 / Mühüm hadisələr

Aprelin 19-da AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının elmi seminarında Elşən Məmmədovun 2415.01–Molekulyar biologiya ixtisasında “Azərbaycan populyasiyasında polimorfizmin 15 STR markerlərlə tədqiqi” mövzusunda biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin elmi seminarı keçirilib. Dissertasiya işi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Məhkəmə biologiya şöbəsinin Molekulyar genetika laboratoriyasında yerinə yetirilib. Elşən Məmmədov dissertasiyanın əsas müddəalarını və alınan nəticələri ətraflı şərh edib. Daha sonra çıxış ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz rəylərini bildirərək mövzunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Elşən Məmmədovun dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.