sa sa 391
MBBİ-nin əməkdaşları Quba rayonu Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda elmi ezamiyyətdə olublar + Foto Apr 24, 2024 | 14:33 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun Bitki Biotexnologiyası laboratoriyasının müdiri b.ü.f.d. Mahirə Məmmədova, elmi işçilər  Aygün Sadiqova, Günay İsmayılova, böyük laborant Həcər Nağıyeva 22.04.2024 -23.04.2024 tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba rayonu Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda elmi ezamiyyətdə olublar. İnstitutlar arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində MBBİ-nin əməkdaşları Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun direktoru İlham Qaraqurbanlı və elmi işlər üzrə direktor müavini Sevil Süleymanova ilə görüş keçirərək birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Fındıq bitkisinin biotexnoloji  üsullarla çoxaldılması istiqamətində elmi tədqiqatların aparılması məqsədi ilə hər iki institutun elmi işçilərindən təşkil olunan işçi qrupun birgə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Daha sonra MBBİ-nin əməkdaşları Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun elmi fəaliyyəti və infrastrukturu ilə ətraflı tanış olublar.