AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasada Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı, elmi işçilərin attestasiyasının keçirilməsi, institutun Gənc alim və mütəxəssislər şurasının tərkibində qismən dəyişikliklər edilməsi və digər məsələlər müzakirə olunub. Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanovanın Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində 22-26 aprel 2024-cü il tarixlərində Almaniyanın Braunşveyq şəhərində yerləşən DSMZ Tədqiqat Mərkəzinə ezamiyyəsi ilə bağlı hesabatı dinlənilib, Avropa Birliyinin COST proqramı çərçivəsində Bitki biotexnologiyası laboratoriyasının elmi işçiləri Aygün Sadıqovanın 09-13 iyun 2024-cü il tarixlərində təlimdə iştirak etmək məqsədilə Çexiya Respublikasına, Günay İsmayılovanın isə 4-6 iyun 2024-cü il tarixlərində “Bitkilərin ətraf mühitə uyğunlaşmasının epigenetik mexanizmləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək məqsədilə Serbiya Respublikasına ezam olunması və digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.