sa sa 4776
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib + Foto May 10, 2024 | 17:13 / Tədbirlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və institutun kollektivi Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli  dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə onun Fəxri Xiyabandakı qəbrini ziyarət edib, məzarı önünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar. Sonra institutun kollektivi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə salınmış “Nadir ağaclar kolleksiyası”na baxış keçiriblər. Akademik İradə Hüseynova bu kolleksiyada Azərbaycanın “Qlrmızı kitabına” daxil olan, itmək təhlükəsi altında olan ağacların toplandığını və biomüxtəlifliyin mühəfizəsi üçün əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin institutun giriş hissəsinin təmirdən sonra açılışı olub və Ulu Öndərə həsr olunan əsərlərdən ibarət  kitab sərgisinə baxış keçirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları öncə Ümummilli Liderin və şəhidlərimizn əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan danışıb. Akademik qeyd edib ki, Azərbaycan məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində məhv olmaq təhlükəsindən xilas olaraq, inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur. Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Bu gün müstəqil suveren Azərbaycan dövlətinin başçısı İlham Əliyev Ulu Öndərin yolunu ləyaqətlə davam etdirir, Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Heydər Əliyevin  Azərbaycanı təhvil verdiyi etibarlı əllər dəmir yumruğa çevrilərək düşmənin başını əzdi. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edir. Daha sonra AMEA-nın müxbir üzvü Novruz Quliyev "Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova  “Ulu Öndərin Azərbaycanda ekoloji vəziyyətin sağlamlaşdırılması ilə bağlı gördüyü işlər”, biologiya üzrə fəlsəfə doktoru Taliyyə Orucova "Ulu Öndər və Azərbaycanda dövlət gender siyasəti”, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova "Ulu Öndər Azərbaycanın gələcəyini gənclikdə görürdü” mövzularında məruzələrlə çıxış ediblər.