Mayın 13-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Mülki müdafiə üzrə məşq keçirilib. İnstitutun Mülki müdafiə qərargahının rəisi Mikayıl Paşayev yanğın söndürmə balonlarının iş prinsipi ilə əməkdaşları tanış edib və yanğının söndürülməsi üçün balonların istifadə olunması qaydalarını izah edib. Daha sonra institutun əməkdaşları balonlardan istifadə etməklə şərti yanğını söndürərək praktiki vərdişlərə yiyələniblər. Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin hazırlıq səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması və şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.