Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilib. AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova, Səmra Mirzəyeva və Nərgiz Bayramova forumda iştirak ediblər. Forum bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsi məqsədilə keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edib, çıxışlar olub. Ölkəmizdə aqrar sahədə aparılan islahatlardan, bitkiçiliyin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə əldə edilən nailiyyətlərdən danışılıb.