sa sa 4149
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının “Azərbaycanda yayılmış Artemisia cinsi növlərinin genetik quruluşu və molekulyar analizi” adlı məqaləsi “International Journal of Secondary Metabolite” jurnalında nəşr olunub. May 29, 2024 | 10:00 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya Biotexnologiyalar İnstitutu və Botanika İnstitutunun əməkdaşlarının həmmüəllif olduqları “Azərbaycanda yayılmış Artemisia cinsi növlərinin genetik quruluşu və molekulyar analizi” adlı məqalə SCOPUS, MIAR, TR-Index, EBSCO və ERIHPLUS bazalarında indeksləşən “International Journal of Secondary Metabolite” jurnalında nəşr olunub. Məqalənin müəllifləri MBBİ-nun Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Ələmdar Məmmədov, aparıcı elmi işçisi Zərifə Süleymanova və Xəzər Universitetinin Həyat Elmləri departamentinin dosenti, b.ü.f.d. Cavid Ocaği, Botanika İnstitutunun baş direktoru, Etnobotanika şöbəsinin müdiri, professor Səyyarə İbadullayeva, şöbənin elmi işçisi Nərmin Sadıqova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparılan tədqiqat işində RAPD praymerləri vasitəsilə Azərbaycanın müxtəlif regionlarından toplanmış Artemisia szowitziana (Besser) Grossh and Artemisia fragrans Willd. növlərinin 10 genotipinin genetik strukturu və onlar arasında mövcud olan filogenetik əlaqəni öyrəniblər. Azərbaycanın müxtəlif regionlarından olan Artemisia növlərinin populyasiyalarında genetik struktur və DNT polimorfizmi molekulyar markerlər vasitəsilə effektiv şəkildə təyin edilib. Alınan nəticələr genetik əlaqələr və təbii populyasiyaların, genetik müxtəlifliyin qorunması üçün tələb olunan strategiyalar haqqında biliklərimizə töhfə verir.