sa sa 8118
MBBİ-nin əməkdaşı Serbiyada elmi ezamiyyətdə olub + Foto İyn 11, 2024 | 16:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun Bitki Biotexnologiyasi laboratoriyasının elmi işçisi İsmayılova Günay  04.06.2024-06.06.2024 tarixlərində Serbiya Respublikasının Novi Sad şəhərində keçirilən COST proqramının “Bitkilərin iqlim dəyişkənliyinə uyğunlaşmasının epigenetik mexanizmləri” adlı konfransında iştirak edib. Konfrans iştirakçıları Sremski Karlovçi şəhərində yerləşən üzümçülük sahəsi və şərab zavoduna səfər edib şərabın hazırlanma texnologiyaları ilə tanış olublar. Konfransda dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçılar iştirak edib. Günay İsmayılova Novi Sad Universitetinin Kənd təsərrüfatı fakültəsində “Buğda bitkisinin regenerant bitki və kalluslarında horizontal gen transferi və retrotranspozonların təyini” mövzusunda çıxış edib.