sa sa 4758
MBBİ-də Elmi şuranın növbəti iclası keçirilib + Foto İyn 12, 2024 | 16:42 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İnstitutda 2024-cü ilin birinci yarımilliyində yerinə yetirilən elmi tədqiqat işlərinin icra vəziyyəti haqqında müzakirələr aparılıb. Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimovanın Çin Xalq Respublikasının Şandonq Kənd Təsərrüfatı Universitetinə ezam olunması haqqında məsələyə baxılıb və müsbət rəy verilib. Akademik İradə Hüseynova Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, “impakt faktor balı” və “istinad balı” göstəriciləri əsasında müəlliflərə aylıq ödənişlərin verilməsi haqqında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən 03 iyun 2024-cü il tarixində daxil olan  3-29-68/2-783/24 saylı məktubu şura üzvlərinin diqqətinə çatdırıb. İnstitutda vakant olan Proteomiks beynəlxalq laboratoriyasının müdiri vəzifəsini tutmaq üçün müsabiqəyə sənəd təqdim etmiş b.ü.f.d. Aynurə Paşayevanın namizədlliyi müzakirə olunub. Səsvsrmənin keçirilməsi üçün AMEA-nın müxbir üzvü İbrahim Əzizovun sədrliyi ilə komissiya təşkil olunub. Səsvermənin nəticələrinə əsasən iddiaçı yekdilliklə bu vəzifəyə təyin olunub. Daha sonra institutda 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məsələlərə baxılıb.