sa sa 6730
MBBİ-nin icraçı direktoru b.ü.f.d., dosent Ələmdar Məmmədov Türkmənistanda elmi ezamiyyətdə olub + Foto İyn 20, 2024 | 12:04 / Ezamiyyətlər

AR  ETN  Molekulyar  Biologiya  və  Biotexnologiyalar  Institutunun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov Türkmənistan Respublikasının  Aşqabad  şəhərində 10-14 iyun 2024-cü il tarixlərində “Qudrətli  dövlətin  yeni  epoxasının  dirçəlişi dövründə Elm, Texnika və  İnnovasiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda  iştirak edib. Ə. Məmmədov Türkmənistan Elmlər Akademiyasının ET İnstitutları və Oğuz xan adına İnşiner-Texnologiyalar Universiteti ilə tanış olub və Türkmənistanın böyük şairi Maxtumquli Pınarının 300 illiyi ilə əlaqədar təşkil olunmuş görüşlərdə iştirak edib.

Konfransın “Biotexnologiya, molekulyar biologiya, kənd təsərrüfatı, ekologiya və genetika” adlanan 2-ci seksiyasına Ə. Məmmədov sədrlik edib. Bu seksiyada Çin, Pakistan, Belarusiya, Qazaxstan,  Rusiya və Türkmənistan alimləri  öz elmi işlərinin nəticələri barədə geniş məlumat veriblər və  ümumilikdə, 87 xarici və yerli çıxış dinlənilib. Ə. Məmmədov “Azərbaycanda buğdanı yoluxduran və iqtisadi nöqteyi nəzərdən mühüm olan bəzi virusların molekulyar aşkar olunması” mövzusunda çıxış edib.  Alimin çıxışı böyük maraqla qarşılanıb. Ə. Məmmədov müxtəlif ölkələrdən olan alimlərin elmi-tədqiqat işləirnin nəticələri ilə tanış olub, onlarla fikir mübadiləsi aparıb və gələcək əməkdaşlığın perspektivklərini müzakirə edib.