MBBİ-nin əməkdaşları beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər + Foto
İyn 20, 2024 | 13:13 / Ezamiyyətlər
03-05 İyun 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29)-Yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Molekulyar Biologiya və Biotexnologiyalar Institutunu Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova, Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Aygün Sadiqova və Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Natella Əliyeva təmsil edib. Turanə İsgəndərova konfransda “Buğda genotiplərində quraqlıq stresinin təsirindən ultrastruktur və fizioloji dəyişikliklərinin qiymətləndirilməsi”, Aygün Sadiqova “Yabanı Rhubarbın (Rheum Ribes L.) sterilizasiyası və in vitro kallus induksiyası üçün protokolun hazırlanması” və Natella Əliyeva “Quraqlıq stresi şəraitində buğdanın fizioloji vəziyyətinin vegetasiya parametrləri ilə qiymətləndirilməsi” mövzularında çıxış ediblər. Əməkdaşlarımızın çıxışları maraqla qarşılanıb. Məruzələr ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.