sa sa 453
Akademik Cəlal Əliyevin 1-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib + Foto İyl 01, 2024 | 10:16 / Mühüm hadisələr

Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar onun tələbələri və elmi ictimaiyyətin nümayəndələri 1-ci Fəxri Xiyabandakı məzarını ziyarət edib, ruhuna dualar oxuyaraq abidəsi önünə əklil və gül dəstələri qoyublar.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, “yaşıl dünya naminə həmrəylik ili”ndə böyük alim və müəllimin tədqiqatları, əldə etdiyi elmi nailiyyətlər xüsusilə diqqət çəkir.

AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, Elşad Qurbanov, Zeynal Əkpərov, YAP-ın Veteranlar Şurasının və AMEA Qadınlar Şurasının İdarə heyətinin üzvü Zərifə Quliyeva və başqaları çıxış edərək, akademik Cəlal Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi üçün, eləcə də dünya elmi qarşısında müstəsna xidmətləri və ölkəmizdə alim kadrların hazırlığı sahəsində əldə etdiyi boyük uğurlar haqqında danışıblar.

science.gov.az