sa sa 4154
Nobel mükafatı laureatı Əziz Sancarın 79 yaşı tamam olub Sen 09, 2024 | 10:10 / Mühüm hadisələr

Sentyabrin 8-də Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancarın 79 yaşı tamam olub. Bu münasibətlə AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova Əziz Sancara təbrik məktubu ünvanlayıb. Nobel mükafatı laureatı Əziz Sancar təbrik üçün təşəkkürünü bildirib. O, Azərbaycanı öz Vətəni hesab etdiyi və  bacardığı qədər Azərbaycan elminin inkişafına dəstək olacağını vurğulayıb. Əziz Sancar həmçinin AMEA-nın fəxri üzvü seçilməsinin onun üçün böyük şərəf olduğunu qeyd edərək AMEA-nın rəhbərliyinə öz minnətdarlığını bildirirb.

Məktub