Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Ərzurum Texniki Universitetində keçirilən 7-ci Avrasiya Biomüxtəlifliyi Beynəlxalq Simpoziumunda iştirak ediblər + Foto
Sen 11, 2024 | 11:26 / Konfranslar, iclaslar
Biomüxtəliflik mövzusunda çalışan tədqiqatçıları bir araya gətirmək məqsədi ilə təşkil edilən 7-ci simpoziumun açılış proqramına Ərzurum Texniki Universitetinin rektoru Prof. Dr. Bülent Çakmak, Atatürk Universitetinin rektoru Əhməd Hacımüftüoğlu, Türkiyədən və dünyanın müxtəlif yerlərindən gələn akademiklər və çoxlu sayda tələbə qatılıb. İki gün davam edən simpoziumda bioinformatika, biotexnologiya, mikrobial biomüxtəliflik, şəhər biomüxtəlifliyi, Yaşıl Enerji Texnologiyalarının biomüxtəlifliyə təsiri, genetik ehtiyatlar, bioremediasiya və bir çox başqa mövzular ekspertlər və akademiklər tərəfindən müzakirə olunub. Bitki biotexnologiyasi laboratoriyasinin elmi isciləri Aygun Sadiqova, Gunay ismaylova və doktorant Vüsalə Cəfərova konfransda öz təqdimatları ilə müvəffəqiyyətlə çıxış ediblər.