sa sa 529
Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi İtaliyanın Sanremo şəhərində elmi ezamiyyətdə olub + Foto Sen 24, 2024 | 09:27 / Ezamiyyətlər

Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi İsmayılova Günay 11.09.2024-13.09.2024-cü il tarixlərində İtaliya respublikasının Sanremo şəhərində elmi ezamiyyətdə olub. Ezamiyyənin məqsədi Cost proqramının CA21157 COPYTREE layihəsi çərçivəsində “EPİMED: Aralıq dənizi oduncaqlı bitkilərinin mikroçoxaldılmasında inadkarlıq və epigenetik tətbiqlər” adlı təlim məktəbində iştirak etmək idi. Təlimdə dünyanın müxtəlif ölkələrindən seçilən 15 nəfər gənc alim və professor heyəti iştirak edib. Belə ki, təlimdə Portuqaliyanın Coimbra Universitetindən Corc Kanhoto, Fransanın Orleans Universitetindən Stefan Mauri, Albaniyanın Tirana Universitetindən Valbona Sota və İtaliyanın Roma CREA mərkəzindən Emiliya Kaboni öz bilik və təcrübələrini gənc tədqiqatçılarla bölüşüblər. Təlimin ilk günü fındıq, qoz və badam bitkilərinin in vitro kulturada mikroçoxaldılmasının nəzəri və praktiki aspektlərinə həsr olunub. Növbəti gün “epigenetika in vitro davranışı necə aydınlaşdıra bilər (in vitro kultura ilə əlaqəli epigenetik aspektlər)” adlı laboratoriya təlimi keçirilib. Sonda bütün təlim iştirakçılarına sertifikat təqdim edilib və xatirə fotosu çəkilib.