sa sa 2128
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" ilə əlaqədar silsilə seminarlara start verilmişdir + Foto Mart 15, 2019 | 17:00 / Seminarlar

"Elm günü" münasibətilə ilk seminar 15 mart 2019-cu il tarixində keçirilmişdir. İnstitutun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, b.e.d., dosent Şahniyar Bayramov “Zülalların deqradasiyasının ubikivitin-proteasom yolu” mövzusunda çıxış etmişdir. Uzun zaman Avropanın bir çox ölkələrində, ABŞ-da çalışan təcrübəli tədqiqatçının çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olmuş və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Daha sonra çıxış üçün söz institutun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Abdullayeva Gülnara verilmişdir. 2018-ci ildə magistraturanı bitirən G. Abdullayeva təhsil müddətində AMEA üzrə ən yüksək göstəricilərə malik olmuşdur. İslam inkişaf bankının qrant müsabiqəsinin qalibi olmuş gənc tədqiqatçı “DNT polimeraza fermentləri, genomun qeyri stabilliyi və kanser” mövzusunda çıxış etmiş və verilən sualları ətraflı cavablandırmışdır.