sa sa 3157
18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür Okt 18, 2024 | 09:00 / Mühüm hadisələr

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranıb. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilərək ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Azərbaycanın ilk universiteti təsis olunub, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. Sovet imperiyası dövründə müstəqilliyini itirən Azərbaycan Ali Sovetin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməklə öz müstəqilliyini bərpa edib. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli yetirməsi və müstəqilliyimizin təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Biz əminik ki, xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.