sa sa 10294
MBBİ-nin əməkdaşı Türkiyənin Doqquz Eylül Universitetində elmi ezamiyyətdə olub + Foto Okt 23, 2024 | 15:28 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Biokimya" ixtisası üzrə doktorantı Ruslan Süleymanov 1–28 sentyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Doqquz Eylül Universitetində elmi ezamiyyətdə olub. Ezamiyyət müddətində Ruslan Süleymanov "Xəzər dənizindən toplanmış yosunların sintez etdiyi nanohissəciklərin köməyi ilə hidrogen alınması" mövzusu üzrə tədqiqat işləri aparıb. Doqquz Eylül Universitetinin  Biokimya laboratoriyasında aparılan tədqiqatlar üçün Xəzər dənizindən toplanmış 3 növ yosun Ulva compressaGracilaria spp və Ulva intestinalis istifadə edilib və sintez edilən gümüş nanohissəciklərin xüsusiyyətləri öyrənilib. Həmçinin, sintez edilmiş gümüş nanohissəciklərdən istifadə edərək, hidrogen istehsalı üzrə təcrübələr aparılıb. Gənc tədqiqatçı ən yaxşı modelləşdirmə parametrlərini əldə etmək üçün MATLAB proqramından istifadə qaydalarını öyrənmiş və üç müxtəlif alqoritmi sınaqdan keçirmişdir.