Dekabrın 18-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Naimə Niyazovanın "Tomat sortlarının (solanum lycopersıcum l.) quraqlıq stresı, rehidratasiya və potensial biostimulyatorların təsirinə cavab reaksiyalarının tədqiqi” mövzusunda dissertasiya işinin ED 1.25 Dissertasiya şurasının elmi seminarında müzakirəsi keçirilib. 2406.02-“Biokimya” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən dissertasiya işinin elmi rəhbəri akademik İradə Hüseynovadır. Naimə Niyazova dissertasiyanın əsas müddəalarını şərh edib və mövzu ətrafında müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Naimə Niyazovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.