sa sa 3832
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktorant və dissertantların attestasiyası keçirilib + Foto Yan 08, 2025 | 16:00 / Konfranslar, iclaslar

6 yanvar 2025-ci il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktorant və dissertantların attestasiyası keçirilib.

İnstitutun baş direktoru akademik İradə Hüseynovanın müafiq əmri ilə yaradılmış attestasiya komissiyası qarşısında doktorant və dissertantlar 2024-cü il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. İddiaçıların apardığı tədqiqatlar, nəticələrin yerli və xarici yüksək impakt faktorlu jurnallarda çapı, konfrans və təcrübə keçmələrdə iştirakı, doktorluq imtahanlarının verilməsi məsələləri müzakirə edilib. Attestasiya komissiyası tərəfindən fərdi iş planlarında nəzərdə tutulan işlərin yerinə yetirilmə dərəcəsindən asılı olaraq, doktorantlar tam və şərti olaraq attestasiya olunublar.

Eyni zamanda institutun xaricdə təhsil alan doktorantları da zoom platforması üzərindən onlayn qoşularaq komissiya qarşısında tədqiqat işlərinin cari vəziyyəti haqda məruzə ediblər.

Komissiyanın sədri, akademik İradə Hüseynova, institutda gənc tədqiqatçıların inkişafı və elmin bu günki tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmələri üçün bütün lazımi şəraitin mövcud olduğunu vurğulayıb. O, bu imkanlardan səmərəli istifadə etməyin vacibliyini qeyd edərək, gəncləri akademik fəaliyyətlərində məsuliyyətli olmağa çağırıb. Eyni zamanda, doktorantlara dissertasiya işlərinə ciddi yanaşmağı və onları müəyyən olunmuş vaxt çərçivəsində tamamlamağı tövsiyə edib.