sa sa 6261
MBBİ-də 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib + Foto Yan 20, 2025 | 09:31 / Tədbirlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbir Zoom platforması üzərindən keçirilib. Tədbir iştirakçıları Vətən uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan MBBİ-nin icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov bu faciənin Azərbaycan xalqı üçün nə qədər ağrılı olsa da, bir o qədər də qəhrəmanlıq tarixi olduğundan bəhs edib. 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtələrindən biri oldu. Bu faciə xalqın milli şüurunun oyanışını sürətləndirdi və müstəqillik arzularını daha da gücləndirdi. Hadisələr zamanı Azərbaycan xalqı milli birlik nümayiş etdirərək bir araya gəldi. İnsanlar Vətənləri uğrunda canlarını qurban verməkdən çəkinmədilər. Bu birlik xalqın müstəqilliyə gedən yolunda mühüm rol oynadı. 20 Yanvar hadisələri SSRİ rəhbərliyinin Azərbaycanda milli azadlıq hərəkatını zorakılıqla boğmağa çalışdığını göstərdi. Bu hadisə təkcə Azərbaycanda deyil, bütün dünyada Sovet rejiminin repressiv siyasətinin mahiyyətini bir daha ifşa etdi. Tədbirdə çıxış edən biologiya üzrə fəlsəfə doktorları Durna Əliyeva, Samirə Rustəmova, Səadət Xudaverdiyeva, Nərgiz Bayramova və elmi işçi Aygün Sadiqova o zaman baş verən hadisələrin Azərbaycanın müstəqilliyinin və suverenliyinin əldə edilməsində müstəsna əhəmiyyətindən bəhs etdilər.

Azərbaycan xalqı azadlıq uğrunda canlarından keçən şəhidləri heç zaman unutmayacaq!