sa sa 3093
Akademik Cəlal Əliyevin xatirəsi anılıb + Foto Yan 31, 2025 | 15:48 / Mühüm hadisələr

Böyük alim və ictimai-siyasi xadim, AR ETN Molekulyar Biologiya və Biotexnologyalar İnstitutunun yaradıcısı akademik Cəlal Əliyevin vəfatından doqquz il ötür.

Bu münasibətlə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi, Botanika İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, AMEA Biologiya və Tibb bölməsinin nümayəndələri, Cəlal Əliyev məktəbinin tələbələri və yaxınları onun 1-ci Fəxri Xiyabandakı məzarını ziyarət edib, ruhuna dualar oxuyaraq abidəsi önünə əklil və gül dəstələri qoyublar.