Yanvarın 31-də AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının elmi seminarında Şəhla Ələkbərovanın “Pambıq bitkisinin γ-şüalanma və duz stresləri şəraitinə fizioloji adaptasiya xüsusiyyətlərinin tədqiqi” mövzusunda 2411.02-“Bitki fiziologiyası” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Elimxan Cəfərovdur. İddiaçı dissertasiyanın əsas müddəalarını şura üzvlərinin diqqətinə çatdırıb. Məruzə ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz irad və təkliflərini bildirəriblər. Səsvermənin nəticəsinə əsasən Şəhla Ələkbərovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.