sa sa 528
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib + Foto Mart 03, 2025 | 11:34 / Tədbirlər

MBBİ-də 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun Mülki Müdafiə Üzrə Qərargahının sədri Mikayıl Paşayev qeyd edib ki, 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə təsis edilib. Bu günün qeyd olunmasının əsas məqsədi mülki müdafiənin əhəmiyyətini vurğulamaq, əhalinin fövqəladə hallara hazırlığını artırmaq və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün münasibətilə maarifləndirici tədbirlər, təlimlər və sərgilər təşkil olunur. Tədbirlər çərçivəsində mülki müdafiənin vacibliyi, fövqəladə hallarda davranış qaydaları və təhlükəsizlik tədbirləri haqqında əhaliyə məlumat verilir. Mikayıl Paşayev fövqaladə hallara qarşı hazır olmağın əhəmiyyətini vurğulayıb və İnstitutda bu sahəsdə görülən işlərdən bəhs edib.