sa sa 490
MBBİ-də Elmi şuranın növbəti iclası keçirilib + Foto Mart 07, 2025 | 13:18 / Konfranslar, iclaslar

Martın 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Öncə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə institutun qadın kollektivini təbrik edən akademik İradə Hüseynova onlara kollektiv adından gül dəstələri təqdim edib. Sonra icraçı direktor, b.ü.f.d., dos. Ələmdar Məmmədova və Bioinformatika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyevə 65 illik yubileyləri, elmi katib, b.ü.f.d., dos. Durna Əliyevaya isə 60 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı təqdim edilib. İclasda AR ETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının artırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi məqsədilə institutun elmi iş müəllifi olan əməkdaşlarının reytinq göstəricilərinin qiymətləndirilməsi üçün yaradılmış komissiyanın nəticələri barədə məlumat verilib. İclasda Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. Aynurə Paşayevanın Singh Kənd Təsərrüfatı Universitetində keçiriləcək Bitki mühafizəsi elmləri üzrə 2-ci beynəlxalq konfransda iştirak etmək məqsədilə Pakistanın Tandojam şəhərinə ezam edilməsi, 27 mart - Elm günü və AMEA-nın yaranmasının 80 illiyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər və s. məsələlər müzakirə olunub.