sa sa 339
MBBİ-də növbəti elmi seminar keçirilib + Foto Mart 10, 2025 | 18:00 / Seminarlar

Martın 10-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda institutun Populasiya genomiksi laboratoriyasının elmi işçisi Zərintac Şatırova “Azərbaycan ərazisindəki antropoloji materialların ilkin molekulyar-genetik analizi” mövzusunda çıxış edib. Gənc tədqiqatçı göstərib ki, dünyada qədim DNT tədqiqatları Yeni Nəsil Sekvens Texnologiyalarınnın inkişafı və təkmilləşdirilmiş protokollar nəticəsində sürətlənib. Azərbaycanda belə tədqiqatlar artıq bir neçə ildir ki, aparılır. Tədqiqatların daha da intensivləşdirilməsi məqsədilə MBBİ ilə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstutu arasında 5 illik memarandum imzalanıb. Qeyd edilib ki, artıq Azərbaycan ərazisindəki antropoloji materialların molekulyar-genetik analizinin ilkin nəticələri əldə edilib. Bu nəticələrin kompüter statistik analizi tariximizi və insan miqrasiyalarını daha yaxşı anlamaq üçün imkan verəcək. Zərintac Şatırovanın çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirələr aparılıb. Məruzəçi verilən suallar cavablandırıb.