sa sa 7198
MBBİ-də "Korrupsiyaya qarsı mübarizə tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirilib + Foto Mart 17, 2025 | 13:06 / Tədbirlər

Martın 17-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Korrupsiyaya qarsı mübarizə tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan MBBİ-nin icraçı direktoru, b.ü.f.d., dos. Ələmdar Məmmədov korrupsiyaya qarşı mübarizənin ölkənin prioritet istiqamətlərindən olduğunu qeyd edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il aprelin 4-də təsdiqlənmiş  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət planı” haqqında iclas iştirakçılarına ətraflı məlumat verib. Məruzəçi qeyd edib ki, korrupsiya bütün dünya ölkələrinin üzləşdiyi problemlərdən biridir. Korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı  mübarizənin davamlı olması xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların qarşısının alınmasına yönəldilməlidir. Ə. Məmmədov dövlət səviyyəsində həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Daha sonra Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri, b.e.d., prof. Səftər Süleymanov, baş elmi işçi, b.e.d., dos. Şahniyar Bayramov, aparıcı elmi işçi, b.ü.f.d., dos. Sədaqət Əsədova çixiş edərək korrupsiya ilə mübarizə çərçivəsində  qanunvericilik və iqtisadi sistemlərdə icra mexanizmlərinin təkmilləşdirilməsi, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, qanunun aliliyi və sosial ədalət kimi fundamental əsasların qorunub saxlanması haqqında öz fikirlərini bildiriblər. Tədbirin sonunda korrupsiya halları ilə mübarizədə ictimaiyyətin roluna həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib.