sa sa 558
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb + Foto Mart 18, 2025 | 14:15 / Görüşlər

Martın 17-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi arasında görüş keçirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutan görüşdə institutun baş direktoru akademik İradə Hüseynova və ADPU-nun rektoru professor Cəfər Cəfərov  rəhbərlik etdikləri müəssisələrin maddi-texniki bazası, kadr potensialı haqqında məlumat verib və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tədbirdə MBBİ-nin icraçı direktoru b.ü.f.d, dos. Ələmdar Məmmədov, elmi katib b.ü.f.d., dos. Durna Əliyeva, ADPU Kimya və biologiya fakültəsinin dekanı k.ü.f.d., dos. Reyhan Ağayeva, dekan müavini b.ü.f.d., dos. Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri b.e.d., dos.  Anaxanım Yusifova iştirak ediblər. Görüşdə tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi-tədqiqatların aparılması və s. məsələləri əhatə edən anlaşma memorandum imzalanıb.