Martın 19-da İCARDA-nın Genetik Ehtiyatlar, onların qorunması və istifadə edilməsi üzrə Elmi-tədqiqat qrupunun rəhbəri Dr. Zakaria Kehel AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub. Dr. Zakaria Kehel MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova ilə görüşüb. İradə Hüseynova qonağa institutun yaranma tarixi, istiqamətləri, burada aparılan tədqiqat işləri haqqında məlumat verib. Qonaq isə öz növbəsində genofond nümunələrinin seçilməsi, germoplazmanın məqsədli identifikasiyası üzrə apardıqları işlərdən bəhs edib. Alimlər MBBİ və İcarda arasında gələcək əməkdaşlıq məsələrləini müzakirə ediblər. Zakaria Kehel institutun laboratoriyalarının maddi-texniki bazası və aparılan elmi-tədqiqat işləri ilə tanış olub. Daha sonra onun “Bitkinin inkişaf tənzimləyiciləri üçün genomics: İmkanlar və problemlər” mövzusunda elmi seminarı keçirilib. Zakaria Kehelin çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sonra alim verilən sualları cavablandırıb.