AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 Mart-Elm gününə həsr olunmuş tədbirlər davam edir. Aprelin 9-da keçerilən elmi seminarda Bakı Dövlət Universiteti ilə Yerusəlim İbrani Universiteti arasında imzalanmış magistratura səviyyəsində ”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramının qalibi Şahbazov Edqar çıxış edib. Gənc tədqiqatçının “Şoran torpaqlarda kalsium siqnal yolları-bitkilərin sağ qalma mexanizmləri" mövzusunda olan çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi ətraf mühitin quraqlıq, şoranlıq, patogen hücumu kimi neqativ amillərinin təsirinə məruz qalan bitki hüceyrələrində “kalsium imzası” kimi tanınan konsentrasiya artımından və kalsium ionunun digər xüsusiyyətlərindən bəhs edib. E.Şahbazov verilən sualları cavablandırırb.