sa sa 4993
MBBİ-nin icraşı direktoru Ələmdar Məmmədov TƏBİB VƏ BAYRAMLI QRUP-un birgə təşkilatçılığı ilə keçirilən konfransda iştirak edib + Foto Apr 16, 2025 | 20:00 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d. dosent Ələmdar Məmmədov “Autoimmun xəstəliklərin laborator diaqnostikası: müasir metodlar və kliniki tətbiqi” mövzusunda TƏBİB VƏ BAYRAMLI QRUP-un birgə təşkilatçılığı ilə keçirilən konfransda iştirak edib. Konfransın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət klinikalarının əməkdaşlarına autoimmun xəstəliklər və bu xəstəliklərin diaqnostikasinda istifadə olunan müxtəlif immunoblot və molekulyar genetik metodlar, bu metodların üstünlükləri və məhdudiyyətləri, istifadə olunan müasir cihazlar və onların iş prinsipləri barədə məlumatların verilməsi olub. Ələmdar Məmmədov  MBBİ-də yeni yaradılmış Populyasiya genomiksi laboratoriyasında autoimmin xəstəlik hesab edilən Diabet 1 və həmçinin Diabet 2 ilə assosasiya olunan bir neçə genin mutasiyalarının öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edib. O, Azərbaycanda yayılmış digər autoimmun xəstəliklər ilə əlaqəli genlərin mutasiyalarının bizim populyasiyada öyrənilməsinin mühüm əhəmiyyət kəsb etdiyini və birgə tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.