MBBİ-nin əməkdaşları Qobustan BTS-də elmi ezamiyyətdə olublar + Foto
Apr 23, 2025 | 11:49 / Ezamiyyətlər
17-18 aprel 2025-ci il tarixlərində AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova, laboratoriyanın elmi işçiləri Turanə İsgəndərova və Səidə Zülfüqarova, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi müsabiqəli sort sınağı və bütöv genom üzrə assosiasiyaların tədqiqi (GWAS) üçün əkilmiş buğda genotiplərində ilkin fenoloji müşahidələrin aparılması olmuşdur. Eyni zamanda, Almaniyanın “KWS-Seeds Einbeck” seleksiya kompaniyasından tədqiqat məqsədilə əldə edilmiş yüksək məhsuldar elit buğda sortlarının toxumları da Bölgə Təcrübə Stansiyasında əkilmişdir. Bütün genotiplərdən nüminələr götürülərək molekulyar-bioloji və biokimyəvi analizlərin aparılması üçün instituta gətirilmişdir. Laboratoriyalarda tədqiqatlar davam etdirilir.