sa sa 913
MBBİ-nin böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova akademik, görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş tədbirdə iştirak edib + Foto Apr 26, 2025 | 21:43 / Tədbirlər

Aprelin 25-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Akademik, görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş "Gözlərə nur saçan əllər" adlı tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Nazilə Rəhimova, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova, 286 saylı tam orta məktəbin tarix müəllimi Təranə Salahova, 1 saylı Bakı Baza Tibb Kolleci və 2 saylı Bakı Tibb Kollecinin müəllim və tələbələri, 53 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Mərkəzin elmi işçisi Azər Zeynalzadə zəngin və mənalı ömür yolu keçən Zərifə xanımın çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə verdiyi töhfələrdən söz açıb. Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Nazilə Rəhimova həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd edib.

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova Akademik Zərifə Əliyevanın müstəsna xidmətləri və geniş elmi fəaliyyəti sayəsində respublikamızda yüksək ixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişməsindən və Azərbaycan tibb elminə verdiyi töhfələrdən bəhs edib.

 Tədbirin sonunda Zərifə Əliyevanın fəaliyyətindən bəhs edən “Nurlu əllər" adlı videoçarx nümayiş olunub və 53 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.