sa sa 924
Elmi ictimaiyyətin nümayəndələri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib + Foto Apr 28, 2025 | 19:00 / Mühüm hadisələr

Aprelin 28-də AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

science.gov.az