Mayın 22-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları b.e.d. Yaşar Feyziyev, b.ü.f.d. Nahidə Əliyeva və institutun doktorantı Ruslan Süleymanov Xəzər dənizinin Abşeron yarımadası sahillərində “Xəzər dənizi yosunlarından biotexnoloji yolla hidrogen alınması” layihəsi çərçivəsində keçirilən elmi ekspedisiyada olublar. Ekspedisiya zamanı sahilboyu temperatur, küləyin sürəti və günəş radiasiyası müəyyən edilmiş, yosun nümunələri toplanaraq laboratoriyaya gətirilmişdir. Toplanmış nümunələr laboratoriya şəraitində biokimyəvi, fizioloji və biofiziki tədqiqatların aparılması üçün nəzərdə tutulur. Tədqiqatın məqsədi Xəzər dənizinin yosun bioresurslarından enerji alınması imkanlarının öyrənilməsidir.