sa sa 5311
MBBİ-nin əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto May 26, 2025 | 17:00 / Ezamiyyətlər

22-23 may 2025-ci il tarixlərində AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova, Molekulyar biologiya ixtisası üzrə doktorant, laboratoriyanın kiçik elmi işçisi Qönçə Ələkbərova, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi müsabiqəli sort sınağı və bütöv genom üzrə assosiasiyaların tədqiqi (GWAS) üçün əkilmiş buğda genotiplərində sünbülləmə fazasında müvafiq fenoloji müşahidələrin aparılması olmuşdur. Bitkinin fizioloji vəziyyətini qeyri-invaziv olaraq müəyyən etməyə imkan verən PolyPen RP 410 NIR cihazının köməyilə buğda genotiplərində ölçmələr aparılmışdır. Eyni zamanda torpaqda nəmliyi ölçən xüsusi sensorun vasitəsilə suyun miqdarı təyin edilmiş, kontaktsız rəqəmsal lazer infra-qırmızı termometr ilə bitki örtüyünün temperaturu ölçülmüşdür. Bütün genotiplərdən nümunələr götürülərək molekulyar-bioloji, həmçinin biokimyəvi analizlərin aparılması üçün laboratoriyaya gətirilmişdir.