sa sa 5253
MBBİ-nin əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto May 29, 2025 | 19:00 / Ezamiyyətlər

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü İbrahim Əzizov, laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d, dosent Mayaxanım Xanışova, aparıcı elmi işçi, b.ü.f.d, Ülkər İbrahimova, elmi işçi Könül Tağıyeva Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi Təcrübə Stansiyasında əkilmiş valideyn forma və hibridlərdə bitkinin inkişaf fazalarına, 1m2 sahədə bitki sıxlığına və xəstəliklərə davamlılığına görə qiymətləndirmə olmuşdur.  Daha sonra bitkilərdə fotosintetik piqmentlərin miqdarı, yarpaq sahəsi, nisbi su tutumu kimi bir sıra morfofizioloji parametrləri müəyyən etmək üçün nümunələr götürülmüşdür.